Noyabrın 2-də ETN İqtisadiyyat İnstitutunda prof. Fuad Qənbərovun sədrliyi ilə 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Hüseynova Gülnar Qurban qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda ixrac potensialının stimullaşdırılmasının perspektiv imkanları” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
G.Hüseynova dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini, irad və tövsiyələrini bildiriblər, geniş müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermənin nəticələrinə əsasən növbəti müdafiə mərhələsinə tövsiyə olunmayıb (economics.org.az).






