Hörmətli həmkarlar,
Məlumat üçün bildiririk ki, 24 sentyabr 2026-cı il tarixində saat 15:00-da “Yapay Zeka Destekli ProQuest Central ile Araştırmalarınızı Güçlendirin” adlı onlayn vebinar keçiriləcək.
Türk dilində təşkil olunacaq və 60 dəqiqə davam edəcək vebinarın təqdimatçısı Handan ILIC olacaq.
Vebinar çərçivəsində iştirakçılar:
ProQuest Central platformasının əhatə dairəsi və təqdim etdiyi məzmun növləri ilə tanış olacaq;
effektiv axtarış və filtrləmə üsulları haqqında məlumat əldə edəcək;
tam mətnli akademik resurslara sürətli çıxış imkanlarını öyrənəcək;
tədqiqat prosesində platformanın əsas alətlərindən istifadə qaydaları ilə tanış olacaq;
ProQuest Research Assistant süni intellekt alətinin əsas funksiyaları haqqında məlumat əldə edəcəklər.
Vebinarda iştirak etmək istəyən şəxslər aşağıdakı keçid vasitəsilə əvvəlcədən qeydiyyatdan keçə bilərlər:
https://clarivatesupport.webex.com/weblink/register/r86b67a978bc126090ef25878181be7b9
Tarix: 24 sentyabr 2026-cı il
Saat: 15:00
Müddət: 60 dəqiqə
Təqdimat dili: Türk dili
Təqdimatçı: Handan ILIC






